Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayon Gənclər Mərkəzində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq yerli gənclər və alternativ fikirli yerli sakinlərlə görüş keçirilib

16 mart 2022 | 16:00

Zərdab rayon Gənclər Mərkəzində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq yerli gənclər və alternativ fikirli yerli sakinlərlə görüş keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov, Ağsaqqallar şurasının sədri Rasim Hüseynov, rayon ağsaqqalları, gənclər və ictimai fəallar iştirak etmişdir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər