Məlikumudlu kənd tam orta məktəbində təhsilalanlarla görüş keçirildi
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 17 mart 2022-ci il tarixdə Məlikumudlu kənd tam orta məktəbində “Narkomanlığın cəmiyyətə, insan sağlamlığına zərəri”, “Erkən nikah problemləri” və “Dini radikalizmin fəsadları” mövzularında maarifləndirici tədbir keçirildi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin irsi, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, məktəblilərin vətənpərvər ruhda böyüməsi üçün söhbətlər aparılmış, narkomaniya, erkən nikah halları və dini radikalizmlə mübarizədə təhsilin əhəmiyyəti diqqətə çatdırılmış, mövzulara aid hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.