Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

31 mart 2022 | 16:00

"31 mart-Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib, rayon ərazisindəki məscidlərdə dini mərasimlər təşkil olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhidlərin Xatirə parkında "31 mart-Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən "31 mart-Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş divar qəzetlərindən, rəsm  və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, parkdakı abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Keçidlər