Şriftin ölçüsü :

Saytın rəngi :

İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Zərdab rayon Qoruqbağı kənd diyarşünaslıq klubunda görüş keçirilib

02 aprel 2022 | 16:00

Zərdab rayon Qoruqbağı kənd diyarşünaslıq klubunda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq İcra hakimiyyətinin əməkdaşları, geniş əhali kütləsi və alternativ fikirli yerli sakinlərlə görüş keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Tural Nağıyev, Vahid Teymurov, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli, Zərdab rayon Qoruqbağı, Sarıqaya, Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, kənd ağsaqqalları  və gənclər iştirak etmişdir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın xeyriyyəçilik missiyasından, Aprel döyüşlərindəki qalibiyyət və Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər