Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhər 1 saylı məktəb-liseydə Vətən müharibəsi iştirakçıları və məktəblilərlə görüş keçirilib

30 mart 2022 | 16:00

Tədbirdə Rayon İHB Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, rayon İcra hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Xəyalə Niftəliyeva, rayon poliş şöbəsinin rəis müavini Urman Ağayev və əməkdaşı Kamran Ağabalazadə, Gənclər və İdman İdarəsinin rəis  əvəzi Əvəz Soltanov, Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Ləman Səfərəliyeva, Təhsil şöbəsinin metodisti Məlahət İmranlı, 2-ci Qarabağ müharibəsində iştirak etmiş qazi və iştirakçılar, məktəbin müəllim, şagird kollektivi iştirak etmişdir.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir
Sonra çıxış edənlər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar iştirakçıları məlumatlandırmış, erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün görülməli olan işlərdən həmçinin Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış Zəfər,  vətənpərvərlik, sağlam həyat tərzi erkən nikah mövzularından bəhs edilmiş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər