Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Aprel döyüşlərində qəhrəmancasına şəhid olan gizir Nurlan Abdullazadənin vəfatının ildönümü qeyd edilib

05 aprel 2022 | 16:00

5 aprel 2022-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi,  YAP Zərdab rayon təşkilatının sədri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Aprel döyüşlərində qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan rayonun Böyük Dəkkə kəndindən olan şəhid Nurlan Abdullazadənin məzarı və kənd qəbiristanlığında dəfn edilmiş Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.
2016-cı ilin aprel döyüşlərində qazanılmış qalibiyyətin davamı olaraq ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyindən və qəhrəmanlarımızın qanının yerdə qalmadığından bəhs edilib.
Sonra şəhidin ailəsi ziyarət edilərək xatirəsi yad olunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! 

Keçidlər