İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Zərdab şəhər 3 saylı tam orta məktəbdə görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamil Məmmədov, Zərdab Rayon PŞ-nin rəis müavini, polis-polkovnik leytenantı İkram Əhmədov, Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsinin əməkdaşı Sədi Hüseynov iştirak etmişdir. Tədbirdə “Narkomaniyaya yox”, “Erkən nikahın mənfi nəticələri”, “Dini radikalizm” mövzularında video çarx nümayiş olunmuş, İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq cənab Prezident İlham Əliyev tərəfindən uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunmuş qərarlar, qanunvericilik normaları, ailə dəyərləri, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuşdur.
Həmçinin məktəblilərin vətənpərvər ruhda böyüməsi üçün təhsilin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır. Tədbirin sonunda isə mövzuya aid bukletlər paylanılmışdır.