Şriftin ölçüsü :

Saytın rəngi :

Pərvanlı kənd diyarşünaslıq klubunda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib

13 aprel 2022 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Tural Nağıyev, Famil Abbasov, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli, Rayon İHB-nın Zərdab Pərvanlı kənd İƏD üzrə nümayəndəsi, kənd ağsaqqalları  və gənclər iştirak etmişdir.
Tədbirdə cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət, davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər