Ramazan ayı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
16 aprel 2022 | 16:00
Ramazan ayı münasibətilə rayonun Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə Yeni Azərbaycan Partiyasının Zərdab Rayon təşkilatının inzibati binasında görüş keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində qazanılan Zəfərdən danışılıb.
Keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı və rayondan olan sahibkar tərəfindən şəhidlərin ailə üzvlərinə maddi yardım verilmişdir.
Görüşün sonunda şəhid ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.