Şriftin ölçüsü :

Saytın rəngi :

Yarməmmədbağı kənd diyarşünaslıq klubunda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib.

16 aprel 2022 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli, Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi Eldar Xəlilov, Rayon İHB-nın Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin kollektivləri, kənd ağsaqqalları  və gənclər iştirak etmişdir.
Tədbirdə Prezident cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışından, Aprel döyüşlərindəki qalibiyyət və Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər