Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA QADIN HÜQUQLARI İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

30 oktyabr 2013 | 16:00

Bu gün Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “ Qadın hüquqları “ adlı təlim keçirilib. Səhər saat 10:00-dan başlayan təlim 16:30-dək davam edib. Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.
Təlimdə vurğulanıb ki, ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002–ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulub.
Təlimçi, Mərkəzin psixoloqu Jalə Məmmədzadə qadın hüquqlarının  pozulmasından, qadınların cəmiyyətimizdə aparıcı mövqe tutmasından, məişət zorakılığından, erkən nigahdan, qadın  alverindən və s. kimi qadın hüquqlarının tapdalanmasından söhbət aparıb.
Əks cinsin nümayəndələri kimi qadınların da öz hüquqları var və qadın hüquqları toxunulmazdır. Kişilər kimi qadınların təhsil, səhiyyə, əmək, sosial və s. bu kimi hüquqları  var. Təbii ki, qadın hüquqlarının toxunulmazlığına hər kəs riayət etməlidir.
Təlimin sonunda iştirakçılara təlim materialı paylanılıb, təlimlə bağlı qiymətləndirilmə aparılıb.

Keçidlər