Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayon Qaravəlli kənd diyarşünaslıq klubunda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib

20 aprel 2022 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli, Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi Eldar Xəlilov, Rayon İHB-nın Qaravəlli, Dəkkəoba, İsaqbağı kənd inzibati ərazi dairələri üzrə nümayəndələri,  təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin kollektivləri, kənd ağsaqqalları  və gənclər iştirak etmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında təsbit olunması ilə bağlı təşəbbüsü, Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, və s. mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər