Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNCLƏRİ ŞÜURLU ƏMƏYƏ HAZIRLAYAQ!

02 noyabr 2013 | 16:00

Gənclərin şüurlu yaradıcı əməyə hazırlanması, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsi məqsədi ilə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, eləcə də işaxtaran gənclərin iştirakı ilə  01 noyabr 2013-cü il tarixdə Zərdab şəhər 1 saylı məktəb-liseydə  tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi  Şövqi Qafarov,  Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov, şəhər 1 saylı məktəb liseyin direktoru Tofiq Ağayev, “Gəncliyə dəstək” İB-nin sədri Eldar Xəlilov, şəhər 1 saylı məktəb liseyin 10-cu sinif şağirdi Sevinc Xasayzadə çıxış edərək peşə seçiminin taleyüklü məsələ olduğu üçün kortəbi şəkildə seçilməməli olduğunu izah ediblər.
Çıxış edənlər vurğulayıblar ki, düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın  bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr  ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə  mühüm əhəmiyyət kəsb edir. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərin düzgün təşkili  və aparılması xüsusi əhəmiyyətə malikdir. Yanlış peşə seçiminin gələcəkdə onları mənəvi, psixoloji  və iqtisadi çətinlik məngənəsində qoyacağını bildiriblər.

Keçidlər