ZƏRDABDA UŞAQLARIN ƏL İŞLƏRİ SƏRGİSİ KEÇİRİLDİ
07 noyabr 2013-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaq hüquqları aylığı” ilə bağlı Mərkəzin “Əl işləri” dərnəyindən bəhrələnən uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.
Sərgini giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, əl işləri sərgisinin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılmasında böyük əhəmiyyət daşıyır.
Daha sonra uşaqların müxtəlif mövzularda hazırladıqları əl işləri, rəsm əsərləri nümayiş olunmuşdur. Uşaqların əl işlərində Azərbaycan təbiətinin gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları, görkəmli şəxsiyyətlər və digər mövzular öz əksini tapıb.