Şriftin ölçüsü :

Saytın rəngi :

13 dekabr 2023-cü il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Zərdab Rayon İcra Hakimiyyətində təlim keçirilib

13 dekabr 2023 | 14:58

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində nəzərdə tutulmuş qrafik üzrə Zərdab Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə; Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara etik davranış qaydaları barədə, eləcə də korrupsiyaya qarşı mübarizə üsulları və ixtisaslaşmış orqanlar haqqında məlumatlar verilib, qaydalarla bağlı praktiki müzakirələr təşkil olunub. Təlim zamanı geniş fikir mübadiləsi aparılıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Keçidlər