13 iyun 2024-cü il tarixdə Dəkkəoba kəndində görüş keçirilib
13 iyun 2024-cü il tarixdə Zərdab rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə dəstək mərkəzinin birgə təşkilatçılığı, kənd ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçilərinin və valideynlərin iştirakı ilə Dəkkəoba kənd tam orta məktəbində #İnsanHüquqlarıAylığı çərçivəsində “Mən və Hüquqlarım” adlı tədbir təşkil olundu.
Görüş zamanı çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixinin respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması və bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərinin #İnsanHüquqlarıAylığı elan edilməsi barədə söhbət aparmışlar.