13 may 2026-cı il tarixdə Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailə ənənələrimizə və ailə dəyərlərimizə sahib çıxmalıyıq” mövzusunda görüş keçirilib
13 may 2026-cı il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə gənc ailələrlə görüş keçirilib.
Görüş zamanı müasir dövrdə boşanmaların və münaqişəli ailələrin sayının artmasının səbəblərindən olan övladlarımızın böyüyə və kiçiyə hörmət, dürüstlük, mərdlik, sədaqət, xeyirxahlıq, mərhəmət, güzəştə getmək bacarığı və s. kimi ülvü hislərdən məhrum böyüdülməsi nəticəsində milli ailə dəyərlərimizdən uzaqlaşmaları haqqında danışılıb. Həmçinin gün ərzində telefonlardan uzun müddətli istifadə, sosial şəbəkələrdə etik davranış qaydalarına uyğun olmayan görüntülərin çoxalması və azyaşlıların bu videoların təsiri altına düşməsi, uşaqlarda zorakılığa meyilliliyin artması, energetik içkilərin fəsadları barədə söhbət açılıb, təhsilin övladlarımızın həyatındakı önəmi vurğulanıb.
“Çinar tək sığındığımız ailəmiz”, “Ailəmiz ən dəyərli xəzinəmizdir” adlı videoçarx və “Ailəmizin psixoloji iqlimi” adlı təqdimat nümayiş olunub.






