13.05.2025-ci il tarixdə “Erkən nikaha son” və “Ailə dəyərlərinin təbliği” məqsədi ilə tədbir keçirilib
13 may 2025-ci il tarixdə Məlikumudlu kənd tam orta məktəbində “Erkən nikaha son” və “Ailə dəyərlərinin təbliği” mövzularında müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirilib. Tədbir Zərdab rayon İcra Hakimiyyətinin və Uşaq və Aiələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuşdur.
Tədbirdə çıxış edənlər çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınması, Azərbaycan ailə institutunun deformasiyaya uğraması, qurulan ailələrin dağılması faktının çoxalması problemlərindən söhbət açıblar. Nümunəvi ailə modelinin sevgi, hörmət, sədaqət, bir-birinə inam, güvən, dürüstlük, anlayışla qarşılama, səbr, dözümlülük kimi müsbət insani keyfiyyət sayəsində mövcud olmasını diqqətə çatdıran çıxışçılar iştirakçıları keçmişdən gələn ailə dəyərlərimizə sahib çıxmağa, ailə ənənələrini qorumağa çağırıblar. Həmçinin, azyaşlıların həyatında təhsilin önəmi və vacibliyi qeyd olunaraq, onların dərsdən yayınmaması üçün məktəb və valideyin həmrəyliyi mövzusunda söhbətlər aparılmışdır.
Tədbirdə qeyd olunan mövzulara dair müzakirələr aparıldı, video çarx nümayiş etdirildi.






