13.08.2026-cı il tarixdə Zərdab Rayon Statistika İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
13 avqust 2026 | 14:39
Tədbirdə Rayon Statistika İdarəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə dövlət statistikasının inkişafı, statistik məlumatların düzgün və operativ toplanmasının əhəmiyyəti, eləcə də bu sahədə qarşıda duran vəzifələr müzakirə edilmişdir. Görüş zamanı statistik məlumatların keyfiyyətinin yüksəldilməsi, məlumatların vaxtında və dəqiq təqdim olunması, müasir informasiya texnologiyalarından səmərəli istifadə və statistik hesabatlılığın təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, qeyd olunan məsələlərlə bağlı müzakirələr keçirilmişdir.






