Şriftin ölçüsü :

Saytın rəngi :

13.10.2022-ci il tarixdə Zərdab Rayon Suvarma Sistemləri İdarəsində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüşü keçirilib.

14 oktyabr 2022 | 09:57

Tədbirdə rayonun ictimai nüfuzlu şəxsləri ilə aparılan maarifləndirmə işlərinə cəlb edilənlər qrupunun rəhbəri, Rayon İHB-nın müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, qrupun üzvü, Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov, Suvarma Sistemləri İdarəsinin kollektivi iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə edilmiş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətlərindən, eyni zamanda cənab prezidentin son vaxtlarda xarici ölkələrə etdiyi işgüzar səfərlərdən bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər