13.10.2022-ci il tarixdə Zərdab şəhər İƏD üzrə nümayəndəlikdə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sahid Əhmədov, Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, Zərdab rayon İHB-nın Zərdab şəhər İƏD üzrə nümayəndəsi Əli Əliyev və rayonda fəaliyyət göstərən digər qurumların əməkdaşları , yerli özəl sektorun nümayəndələri və gənclər iştirak etmişdir. Tədbir iştirakçıları ilə “Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir” və “Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır” mövzusu ətrafında müzakirələr aparılmış, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyətindən bəhs olunmuşdur.