13.11.2025-ci il tarixdə müəllimlər və valideynlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
13.11.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Uşaq və Ailələrə Dəstək mərkəzinin, müəllim, valideyn və şagirdlərin iştirakı ilə Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbində “Gender əsaslı zorakılıq” və “Narkomaniya-ağ ölüm” mövzularında tədbir keçirilib.
Tədbirdə zorakılıq nədir, məişət zorakılığının növləri, problemlərlə mübarizə və onların həlli yolları, müraciət ediləcək ünvanlar, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlardan bəhs edilib. Həmçinin çıxışçılar zorakılığın ən çox ailədə olan azyaşlıya mənfi psixoloji təsirindən, ailə və cəmiyyətdə qadınların rolundan, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən sistemli siyasətdən danışılıb, ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar, narkotik və psixotrop maddələrin insan orqanizminə vurduğu ziyanlar haqqında məlumat verilib.
Sonra mövzu ətrafında video-çarx nümayiş olunub və müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.






