Şriftin ölçüsü :

Saytın rəngi :

H.B.ZƏRDABİNİN ANIM GÜNÜ ZƏRDABDA QEYD EDİLDİ

29 noyabr 2013 | 16:00

28 noyabr 2013-cü il tarixdə Həsən bəy Zərdabinin Zərdab rayonundakı muzeyində Zərdabinin anım günü qeyd edilib.

Əvvəlcə tədbir iştirakçıları Həsən bəy Zərdabinin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra tədbirin rəsmi hissəsi Zərdabinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Muzeyin direktoru Vəfa Bayramova giriş sözü ilə tədbiri açaraq H.B.Zərdabinin həyat və fəaliyyətindən, öz xalqı üçün misilsiz xidmətlərindən danışıb. O, qeyd edib ki,  Həsən bəy Zərdabi Azərbaycan görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, müsəlman dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil , bütün müsəlman Şərqində müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə"), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Rusiyada ilk turkdilli qəzetin - "Əkinçi"nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olub.

Tədbirdə “Əkinçi” qəzetinin redaktoru İ.Əhmədov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru N.Əliyeva, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ş.Mustafayeva və başqaları çıxış edərək dahi Həsən bəy Zərdabi ilə bağlı öz fikirlərini söyləyiblər.
 

Keçidlər