Uşaq və Ailələrə Dəstək Mərkəzində 20 yanvar şəhidləri anıldı
17 yanvar 2014 | 16:00
Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “20 Yanvar Hüzn günüdür“ adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova qədimdən xalqımızın başına gətirilən fəlakətlərdən danışaraq 20 Yanvarın tək Hüzn günü deyil, həm də xalqımızın milli şərəf günü olduğunu vurğulamışdır. Tədbirdə Mərkəzdən bəhrələnən uşaqlar “Şəhid oğlum” adlı kompozisiya ilə çıxış etmişlər. Tədbirin sonunda iştirakçılara 1990-cı il 20 yanvar hadisələri ilə bağlı videoçarx təqdim olunmuşdur. Tədbir iştirakçıları şəhidlərin xatirə parkını ziyarət edərək 20 yanvar abidə kompleksi önünə gül dəstələri qoymuşlar.