14 aprel 2023-cü il tarixdə Dəkkəoba kənd tam orta məktəbində təhsilalanlarla görüş keçirilib
15 aprel 2023 | 10:42
Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Dəkkəoba kənd tam orta məktəbində "Sağlam həyat naminə zərərli vərdişlərə son!" devizi ilə “Narkomaniya ilə mübarizə”, “Erkən nikah problemləri”, “Dini radikalizmin fəsadları” və “İnsan alverinə qarşı mübarizə” mövzusunda təhsilalanlarla görüş keçirildi.
Görüş zamanı çıxış edənlər zərərli vərdişlərin, erkən nikahların insan üçün psixoloji və bioloji zərərləri, dini radikalizmin fəsadları və mənfi nəticələri haqqında ətraflı məlumat verərək onları bu cür mənfi hallardan uzaq olmağa çağırdılar.
Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.