Şriftin ölçüsü :

Saytın rəngi :

14 aprel 2026-cı il tarixdə 3 nömrəli tam orta ümumtəhsil məktəbində valideynlərlə görüş keçirilib

14 aprel 2026 | 17:25

Şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində Rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Cəmiyyətdə baş verən mənfi hadisələrdən övladlarımızı qoruyaq” və “İntihar hallarının qarşısının alınması” mövzusunda  valideynlərlə görüş keçirilib.

Tədbirdə gənclərimizin həyatını məhv edən narkotik vasitələr, psixotrop maddələr, erkən nikah problemləri, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınmasından danışılmışdır. Həmçinin çıxış edənlər müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan  vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə valideynlərin üzərlərinə düşən öhdəliklərdən söhbət açmışlar. Həmçinin valideynlərin övladları ilə düzgün ünsiyyət qurmasının, onlara nəzarətin və dəstəyin vacibliyi vurğulanıb, praktiki tövsiyələr diqqətə çatdırılıb.

Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.

Keçidlər