“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib
14 iyul 2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, önünə gül dəstələri düzüblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından, fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etməsindən, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmasından, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görməsindən, hazırda onun siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev “Ulu öndər Heydər Əliyev dünənin, bu günün və sabahın partiyasını yaratdı” mövzusunda çıxış edərək Ümummilli Lider tərəfindən həyata keçirilən dövlət siyasətindən, ölkəmizin iqtisadi, mədəni, ictimai sferada sürətli inkişafından, həyata keçirilən böyük layihələrdən bəhs edib.