Yeni qəsəbədə yeni məktəb binasi tikildi
15 avqust 2012 | 15:00
2010-cu ilin yazında Kür çayının daşması səbəbindən baş vermiş təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün şəhərin “32 hektar” adlanan ərazisində yeni salınan qəsəbədə 132 şagird yerlik tam orta məktəb binası tikilmiş və istifadəyə hazırdır. Məktəbin tikintisi 2011-ci ilin iyul ayında başlamış, 2012-ci ilin may ayında başa çatmışdır. Yeni dərs ilində məktəbin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.