Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL QEYD EDİLDİ

28 dekabr 2013 | 16:00

27 dekabr 2013-cü il tarixdə Zərdab rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilmişdir.
İlk öncə Rayon İcra Hakimiyyətinin iclas zalında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və 2014-cü ilin gəlişi münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirilmiş və onlara bayram sovqatları verilmişdir. 30-a qədər ailəyə maddi yardımlar olunmuşdur.
Sonra tədbir “Natiq” şadlıq sarayında davam etdirilmişdir. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, veteranların, ağsaqqalların, gənclərin, idmançıların, aztəminatlı ailələrin və ictimaiyyətin digər  nümayəndələri – cəmi 500 nəfər iştirak etmişlər.
Tədbiri giriş sözü il açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bütün zərdablıları təbrik etmiş onlara ən xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, Dünya  Azərbaycanlılarının həmrəylik günü Ümummilli lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir. 2013-cü il xalqımızın yaddaşında  həm də həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər, dinamik inkişaf, mühüm tarixi günlərlə zəngin bir dövr kimi qalacaqdır. Müstəqilliyimiz son 10 ildə daha da möhkəmləndirilmiş, ictimai-siyasi sabitlik davam etmiş, respublikamızda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi, bazar iqtisadiyyatı prinsipləri uğurla inkişaf etdirilmiş, ordu quruculuğu təkmilləşdirilmiş, sosial-iqtisadi və mədəni həyatımızın bütün sahələrində əsaslı irəliləyişə nail olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, yeni iş yerləri yaradılmış, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilmişdir. Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılmışdır.
Natiq bildirmişdir ki, 2013-cü il Zərdabi yurdunun da tarixində çox böyük əhəmiyyətə malik bir il olmuşdur. Əvvəlki illərin ənənəsi davam etdirilərək bu il də rayonumuzda geniş tikinti quruculuq işlərinin aparılması, sosial, istehsal xarakterli obyektlərin tikintisinin genişləndirilməsi, respublikanın tanınmış elm və incəsənət xadimlərinin ictimaiyyət nümayəndələri ilə görüşləri də rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanmışdır. Son dövrlərdə yenidən qurulan və tikilib istifadəyə verilən obyektlər, Heydər Əliyev parkındakı yenidənqurma işləri, müasir tipli elektrik dirəkləri, küçələrə və yollara vurulan yeni asfalt örtüklər və digər tikinti, abadlıq işləri insanlarımız tərəfindən razılıqla qarşılanır.
İcra başçısı əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün zərdablıların səmimi təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Tədbirdə digər çıxış edənlər dövlətimiz tərəfindən ayrı-ayrı sahələrə göstərilən diqqət və qayğıdan söz açıblar.
Daha sonra 2013-cü ildə əmək fəaliyyətlərində fərqlənmiş bir qrup ziyalılara, qabaqcıl əmək adamlarına  və idmançılara Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir böyük bayram konserti ilə davam etdirilmişdir.

Keçidlər