Şriftin ölçüsü :

Saytın rəngi :

14.02.2023-cü il tarixdə Əlibəyli kənd tam orta məktəbində maarifləndirici görüş keçirilib

15 fevral 2023 | 15:45

Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Gənclər və İdman idarəsinin, Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə Əlibəyli kənd tam orta məktəbində “Sağlam gələcəyimiz naminə zərərli vərdişlərə qarşı mübarizədə fəal olaq” başlığı altında “Narkomaniya ilə mübarizə”, “Erkən nigah problemləri”, “Dini radikalizmin fəsadları” və “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir zamanı narkomaniyanın, erkən nikahın, dini radikalizmin zərərləri, onların məhvedici sonluğu, bu halların insanın həyat və sağlamlığında yaratdığı problemlər və mənfi nəticələri barədə məlumatlar diqqətə çatdırılıb. Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb

Keçidlər