Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Kitabxanada “Şəhidlik-ölməzlik, qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii kompozisiya keçirildi

18 yanvar 2014 | 16:00

17 yanvar 2014-cü il tarixdə Zərdab rayon Mərkəzi Kitabxanasında 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Şəhidlik-ölməzlik, qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərin  xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açaraq tarixi keçmişi yada saldı. Bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 yanvar faciəsinin iştirakçılarının ifşa olunması və bu hadisəyə hüquqi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin tarixi qərarlarını diqqətə çatdıran natiq dünya ictimaiyyətinin məlumatlandırılmasına da toxundu.
Tədbirdə şəhid ailəsi, şəhər 2 nömrəli tam orta məktəbin müəlliməsi Nahidə Bəkirova, şəhid bacısı Mərkəzi Kitabxananın əməkdaşı Ofeliya Osmanova çıxış edərək xalqımızın hər il 20 Yanvar hadisələrinin ildönümünü qeyd etdiyini, igid övladlarının fədakarlığını məhəbbətlə xatırladığını, onların əziz xatirəsini böyük ehtiramla yad etdiyini vurğuladılar. Bildirdilər ki, bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Dövlət Başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
Daha sonra şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin  hazırladıqları kompozisiya nümayiş etdirildi.

Keçidlər