BAĞÇA UŞAQLARI VƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN AŞAĞI SİNİF ŞAGİRDLƏRİ 20 YANVAR FACİƏSİ QURBANLARINI YAD ETDİLƏR
19 yanvar 2014 | 16:00
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Zərdab rayonunda silsilə tədbirlər keçirilir. 18 yanvar 2013-cü il tarixdə rayonun körpələr evi - uşaq bağçalarının uşaqları və ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri Zərdab şəhərinin mərkəzində yerləşən Şəhidlərin Xatirə parkında ucaldılmış “Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə”, “Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə” və “20 Yanvar faciəsi qurbanlarının xatirəsinə” abidə komplekslərinin önünə gül dəstələri qoymuşlar.