Zərdabda Gənclər Günü münasibətilə bayram tədbiri keçirildi
2 Fevral Gənclər Günü münasibətilə yanvar ayının 31-də “Natiq” şadlıq sarayında zərdablı gənclərin ümumrayon toplantısı və təntənəli mərasim keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. İlkin Əliyev gənclərin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməsini son illər zərdablı gənclərin, idmançıların sorağının respublika və Beynəlxalq turnirlərdən, Avropa və dünya kuboku yarışlarından gəlməsini bildirmiş, şahmatçıların, karateçilərin uğurlarından ətraflı danışmışdır.
Rayon gənclərinin nümayəndələri çıxış edərək 2013-cü ildə rayonda gənclər üçün yaradılan şəraitdən də ətraflı danışmış, onlara göstərilən diqqət və qayğıya görə Dövlət Başçısına gənclərin minnətdarlıqları bildirmişlər.
Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak və çıxış etmiş, 2013-cü ildə ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gənclərə qiymətli hədiyyələr təqdim etmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.