15 mart 2024-cü il tarixdə Novruz bayramı münasibətilə şəhid ailələri və müharibə əlilləri ilə görüş keçirilib
15 mart 2024 | 15:57
Rayon İcra Hakimiyyətində şəhid ailələri və müharibə əlilləri ilə rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Tədbir iştirakçılarına maddi yardımlar verilib. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.