Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirildi

05 fevral 2014 | 16:00

03 fevral 2014-cü il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində “Hər bir gənc üçün mükəmməl örnək - Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir” mövzusunda görüş keçirilmişdir. Görüşdə çağırış yaşına çatmış gənclər və rayon məktəbliləri iştirak etmişdir.
Mərkəzin direktoru Könül Rəhimova çıxış edərək müstəqil dövlətimizin üzərində bərqərar olduğu dayaqlardan birinin də, heç şübhəsiz Azərbaycan gəncliyinin olduğunu qeyd etdi. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu,  Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin önəmli yer tutduğunu görüş iştirakçılarına çatdırdı.
Daha sonra Mərkəzin əməkdaşı Gülər Məmmədova “Azərbaycan Gəncliyi 2011-2015 Dövlət Proqramı” çərçivəsində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı “Hər bir gənc üçün mükəmməl örnək - Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir” adlı məruzə ilə çıxış etdi.

Keçidlər