15.10.2025-ci il tarixdə Heydər Əliyev Mərkəzində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Zərdab peşə liseyinin direktoru Babək Mikayılov, “Gəncliyə dəstək” İB sədri Vəfa Xəlilli idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ilk dəfə Prezident seçilməsi və çoxşaxəli fəaliyyəti, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Azərbaycançılıq, vətənpərvərlik mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.






