Şriftin ölçüsü :

Saytın rəngi :

Gəlmə kəndində Xocalı faciəsinin qurbanları yad edildi

25 fevral 2014 | 16:00

24 fevral 2014-cü il tarixdə Gəlmə kəndində kənd mədəniyyət evinin, kitabxana filialının və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə  həsr olunmuş “Səhəri olmayan gecə” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.
Tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın azadlığı, müstəqilliyi  uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında iştirakçıları məlumatlandırmış, bu faciənin qurbanlarının təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da yad edildiyini vurğulamışlar.
Sonda Gəlmə kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər