Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
24 fevral 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Xocalı soyqırımının 22-ci il dönümüdür” adlı tədbir keçirilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Könül Həsənova açmışdır. Bildirmişdir ki, Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Bu gün bu hadisə nəinki respublikamızda, hətta dünyanın bir çox ölkələrində anılır.
Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır.
Sonda məktəblilər soyqırımına həsr olunmuş şeirlər söyləmiş, faciədən bəhs edən film nümayiş olunmuşdur.