Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin qurbanları Dəkkəoba kənd tam orta məktəbində yad edildi

26 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə Dəkkəoba kənd tam orta məktəbi və kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, kənd kitabxana filialının işçiləri iştirak etmişlər.
Öncə ölkəmizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Əlisafa Sadıqov çıxış edərək bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur.
Natiq azərbaycanlılara qarşı erməni şovinist dairələrinin mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərindən söz açmışdır.
Digər çıxış edənlər Xocalı faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirmişlər.
Sonda kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər