16 fevral 2023-cü il tarixdə Zərdab Suvarma Sistemləri İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
16 fevral 2023 | 17:22
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, qrupun üzvü, Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov, Zərdab Suvarma Sistemləri İdarəsinin əmək kollektivi iştirak etmişdir. Görüş zamanı fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar “Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixin hər sınağından şərəflə çıxır” mövzusunda müzakirələr aparılmış, cənab prezident İlham Əliyevin son günlərdə keçirdiyi görüşlərdən bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmışdır.