16 oktyabr 2023-cü il tarixdə Zərdab rayonunda qanvermə aksiyası keçirilib
17 oktyabr 2023 | 11:09
“Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin binasında “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib. Xeyirxah kampaniyaya qoşulanlar lazımi müayinədən keçirildikdən sonra qanvermə aksiyası başlayıb. Aksiyada 300 nəfərdən çox rayon sakini iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.