Zərdab 2012-ci ilin i yarimilinə yekun vurdu
19 iyul 2012-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin iclas zalında rayon fəallarının iştirakı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Respublika Prezidenti cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin birinci yarısında rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında” Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab L.B.Babayevin hesabatı dinlənilmişdir. Hesabat məruzəsində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev məlumat vermişdir ki, 2012-ci ilin birinci yarısında respublikamızda gedən sürətli və davamlı inkişaf rayonumuzda da geniş müşahidə olunmuşdur.
Hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 50,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Ötən 6 ay ərzində istehsal olunmuş məhsul və xidmətlərin 28,4 milyon manatı və ya 56,2 faizi kənd təsərrüfatının, 13,5 milyon manatı və ya 26,7 faizi tikintinin, 7,2 milyon manatı və ya 14,3 faizi ticarət və xidmət sahələrinin, 0,8 milyon manatı və ya 1,6 faizi sənayenin, 0,5 milyon manatı və ya 0,9 faizi nəqliyyatın, 0,2 milyon manatı və ya 0,3 faizi poçt və rabitə xidmətlərinin payına düşmüşdür. Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövrü ərzində 158 daimi iş yeri yaradılmışdır. Rayon iqtisadiyyatının ayrı-ayrı sahələrindəki dinamik inkişafla iqtisadiyyatın əsasını təşkil edən rayonun yerli büdcəsi qarşılıqlı şəkildə əlaqəlidir. Cari ilin birinci yarımilində rayonun gəlirləri 7 milyon 257 min 66 manata qarşı 7 milyon 253 min 112 manat və ya 99,9 faiz, mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait 6 milyon 95 min 766 manata qarşı 5 milyon 550 min manat və ya 91,1 faiz, yerli gəlirlər 1 milyon 161 min 300 manata qarşı 1 milyon 476 min 357 manat və ya 127,1 faiz icra olunmuşdur. Büdcənin məxaric hissəsi 7 milyon 272 min 380 manata qarşı 6 milyon 494 min 994 manat və ya 89,3 faiz icra edilmişdir. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da mühüm işlər görülmüşdür. Rayonda 2012-ci ilin məhsulu üçün 778 ha sahədə çiyid səpini aparılmışdır. Hazırda sahələrdə kompleks becərmə işləri aparılır. 2012-ci ilin məhsulu üçün əkilmiş 15481 ha payızlıq taxıl sahəsində becərmə işləri aparılmış, ehtiyac olan sahələrə mineral və üzvi gübrələr verilmiş, alaq otlarına qarşı 2157 hektarda, ziyanvericilərə qarşı 433 hektarda kimyəvi mübarizə tədbirləri aparılmışdır. Taxılbiçən kombaynlar və nəqliyyat traktorları taxıl biçini üçün hazır vəziyyətə gətirilmişdir.
01 iyun 2012-ci il tarixdən taxıl biçininə başlanılmış, 4164 hektar arpa sahəsi biçilib tam başa çatdırılmış, hər hektardan 25,7 sentner olmaqla 10693 ton arpa biçilmişdir. Əkilmiş buğda sahəsinin 330 hektarı təbii fəlakət nəticəsində məhv olmuş, qalan 10987 hektar buğda sahəsinin 9621 hektarında biçin aparılmış, hər hektardan 25,6 sentner olmaqla 24623 ton buğda məhsulu istehsal edilmişdir, 01 iyul 2012-ci il tarixə biçilmiş 1378,5 hektar taxıl sahəsindən cəmi 35316 ton taxıl məhsulu istehsal edilmiş, hər hektardan məhsuldarlıq 25,6 sentner olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2,1 sentner çoxdur. Hazırda taxıl biçini başa çatdırılmışdır. Rayonda taxılçılıq üzrə 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Fermerlər tərəfindən 381 hektar sahədə toxumluq arpa və buğda əkilmişdir. Əkilmiş 381 hektar sahənin taxılı biçilmiş, hər hektardan orta hesabla 32,5 sentner olmaqla cəmi 1238,5 ton toxumluq taxıl istehsal olunmuşdur ki, bu da ümumi rayon göstəricisindən 6,9 sentner çoxdur. 01 iyul 2012-ci il tarixə rayonda iribuynuzlu mal-qaranın sayı 53649 baş, qoyun-keçilərin sayı 109938 baş olmuşdur ki, bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq iribuynuzlu mal-qaranın 445 baş, qoyun keçilərin isə 1348 baş artması deməkdir. Hesabat dövründə rayonda 2016,6 ton ət, 10913,7 ton süd, 3887 min ədəd yumurta, 158,8 ton yun istehsal edilərək, proqnoz tapşırığa artıqlaması ilə əməl edilmişdir.
2012-ci ilin 6 ayında 778 ha pambıq, 15481 ha taxıl, 16522 ha yonca, 1168 ha çoxillik əkmələr və meşə, 1932 ha həyətyanı sahələr suvarma suyu ilə təmin olunmuşdur. Rayonun Alıcanlı, Hüseynxanlı, Məlikumudlu-Sovxoz, Körpükənd, Salahlı, Lələağacı, Təzəkənd, Şahhüseynli, Məmmədqasımlı və digər kəndlərində 401 km uzunluqda suvarma kanalları lildən təmizlənmiş, 41 ədəd hidrotexniki qurğu, 2 ədəd mülki istehsal binası, 5 ədəd hidropost cari təmir edilmiş, İsaqbağı, Gödəkqobu, Şahhüseynli kəndlərindəki lotok kanallarında əsaslı təmir işləri görülmüşdür. Sonda ölkə Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul edilmişdir.