16.01.2025-ci il tarixdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 1 saylı məktəb liseydə “Narkomaniya qarşı mübarizə”, “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzularında məktəblilər və valideynlərlə görüş keçirilib.
Tədbirdə çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, qurulan ailələrin dağılması faktının çoxalması problemlərindən söhbət açıb, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən və təhsilin önəmindən bəhs ediblər.
Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.