16.02.2024-cü il tarixdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib
17 fevral 2024 | 10:41
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 1 saylı məktəb liseydə “Narkomaniyaya qarşı mübarizə”, “Dini radikalizmin fəsadları” mövzusunda məktəblilərlə görüş keçirildi.
Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, dini radikalizm-ekstremizmin törətdiyi bəlalardan, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən və təhsilin önəmindən bəhs etdilər. Tədbirdə qeyd olunan mövzulara dair müzakirələr aparıldı, video çarx nümayiş etdirildi.