Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayon Uşaq İncəsənət Məktəbinin şagirdləri hesabat konserti ilə çıxış etdi

03 mart 2014 | 16:00

02 mart 2014-cü il tarixdə rayon mədəniyyət evində Zərdab rayon Uşaq İncəsənət Məktəbinin 2013-2014-cü tədris ilinə dair hesabat konserti keçirilib.
Öncə Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifi çıxış edərək bütün qonaqları, valideynləri, müəllimləri və şagirdləri salamladı.
Qeyd etdi ki, milli musiqimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan fondun və fondun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzolunmazdır.
Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan milli muğamımızın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Dövlət başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın  muğam  sənəti  YUNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.
Bu, bir daha Azərbaycan musiqisinin tanıdılması istiqamətində görülən işlərin miqyasından və uğurundan xəbər verir.
Daha sonra məktəbin direktoru hesabat konsertini açıq elan edib.
Konsertdə məktəbin xalq çalğı alətləri ansamblı, xoreoqrafiya, fortepiano, tar, kamança, xanəndəlik, nağara siniflərinin şagirdləri çıxış ediblər.

Keçidlər