Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şagirdlər ümummilli lider Heydər Əliyevin zəngin irsini böyük maraqla öyrənirlər

06 mart 2014 | 16:00

Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq tarix dərsləri xüsusi qrafik əsasında uğurla davam etdirilir.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə keçirilən dərslərdə "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" və digər müxtəlif mövzularda müzakirələrdə məktəbli gənclər fəallıq nümayiş etdirirlər.
Açıq tarix dərslərinə rayonun tanınmış müəllimləri cəlb olunublar.
Dərslərdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.
Məktəblilər Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotostendlərlə tanış olurlar.
Şagirdlərə həmçinin Ulu öndərin layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər ərzində əldə olunan uğurlar barədə də məlumat verilir.

Keçidlər