Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun-Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

17 iyun 2025 | 17:31

Zərdab Rayon Mərkəzi Xəstəxanasında 17 iyun-Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini müvəqqəti icra edən Sevinc Məmmədova, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Rəna Eyvazova və müəsissədə fəaliyyət göstərən tibb İşçiləri iştirak ediblər. Tədbirdə çıxış edənlər səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayıb. Tədbirin sonunda tibb müəssisəsində aktiv fəaliyyət göstərən işçilər Fəxri Fərmanlarla təltif olunublar.

Keçidlər