17 mart 2025-ci il tarixdə Novruz bayramı münasibətilə şəhid ailələri və müharibə əlilləri ilə görüş keçirilib
17 mart 2025 | 16:40
Rayon İcra Hakimiyyətində şəhid ailələri və müharibə əlilləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Tədbir iştirakçılarına maddi yardımlar verilib. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.