Şriftin ölçüsü :

Saytın rəngi :

17 mart 2025-ci il tarixdə Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib

17 mart 2025 | 16:54

Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi yardımlar verilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər