17 noyabr 2022-ci il tarixdə Məmmədqasımlı kənd tam orta məktəbində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Quluyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, Rayon İHB-nın Gödəkqobu kənd İƏD üzrə nümayəndəsi Xətai Novruzov iştirak etmişdir. Tədbirdə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq “Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı 17 Noyabr Milli Dirçəliş Günü” mövzusu ətrafında müzakirələr aparılmış, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyətindən bəhs olunmuşdur. Həmçinin “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmin təhlükələri”, mövzusunda maarifləndirici mövzulardan bəhs olunmuş, məktəblilərin vətənpərvər ruhda böyüməsi üçün təhsilin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.